Musiqili Teatr Qurtuluş Günü münasibəti ilə Masallıda çıxış edib -

Musiqili Teatr Qurtuluş Günü münasibəti ilə Masallıda çıxış edib

Azərbaycan Dövlət Musiqili Teatrı Masallı rayonunda konsert proqramı ilə çıxış edib. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, konsert proqramı 15 İyun Qurtuluş Gününə həsr olunub. Dövlət Musiqili Teatrının artistləri bir-birindən maraqlı çıxışları, ifaları ilə bayram tədbirinə xüsusi rəng qatıblar. Azərbaycan Respublikasının əməkdar artistləri Nərgiz Kərimova, Səidə Şərifəliyeva, gənc aktyor Əmrah Dadaşovun vətən, torpaq, müstəqillik haqqında söylədikləri poeziya nümunələri, oxuduqları mahnılar tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları, Masallı rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Dövlət Musiqili Teatrı əməkdaşlarının 15 İyun Qurtuluş Gününə həsr olunan bayram konsertindəki çıxışlarından böyük zövq aldıqlarını, bu günlə bağlı təəssüratlarını uzun müddət unutmayacaqlarını bildiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşlarına bayram tədbirindəki maraqlı çıxış və proqrama görə təşəkkürünü bildirib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !