Yurd Qubadan seçim etdi - FOTO

“Yurd” Qubadan seçim etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalı çərçivəsində növbəti seçim turu keçirilib.
Quba şəhər Şahmat məktəbində baş tutan seçim turunda rayonun yeniyetmə və gənclərindən ibarət 8 komandası qələbə uğrunda mübarizə aparıb.
Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən danışıb. Bu layihələr nəticəsində ölkədə gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.
Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən seçim turunda “Uran” komandası birinci, Qımılqışlaq kəndinin eyniadlı komandası ikinci, Ağbil kəndini təmsil edən “Alfa” komandası isə üçüncü olub. İlk iki yeri tutan komandalar Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, layihə çərçivəsində Siyəzən, Şabran, Xaçmaz və Qusarda n olan komandaların iştirakı həmin ərazilərdə seçim turları keçirilib və qaliblər müəyyən olunub.
Hər zonadan olan qalib və mükafatçılar iyul ayında Quba şəhərində keçiriləcək final mərhələsində iştirak edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !