Narkomaniyadan özümüzü qoruyaq layihəsi çərçivəsində tədbir keçirilmişdir. -

“Narkomaniyadan özümüzü qoruyaq” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birgə Gəncliyə Yardım Fondunda Bakı şəhər gənclərinin iştirakı ilə “Narkomaniyadan özümüzü qoruyaq” movzusunda konfrans keçirilmişdir. Konfransda Baş İdarənin rəis müavini Aydın Yusifov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupun rəhbərinin müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak etmişlər.

Tədbiri giriş sözüylə açan BŞGİBİ-nin rəis müavini Aydın Yusifov qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Bu baxımdan bu mövzuda olan tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Həkim-narkoloq Asif Kəngərli tibbi və sosial xəstəlik olan narkomaniyanın hazırda cəmiyyət və dövlət üçün böyük problemə çevrildiyini qeyd edərək bu məsələnin həllində maarifləndirici və profilaktiki işlərin aparılmasınının vacib şərtlərdən biri olduğunu gənclərin nəzərinə çatdırdı.

Daha sonra çıxış edən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupun rəhbərinin müavini Vasif Quliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov bildiriblər ki, “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu böyükdür. Onlar bildiriblər ki, belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Tədbirdə həmçinin narkomaniyanın fəsadlarından bəhs edən buklet və braşuralar paylanmış, suallar cavablandırılmış, gəncləri narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !