Yurd Gənclər Təşkilatı Qusarda eruditi müəyyən etdi - FOTO

“Yurd” Gənclər Təşkilatı Qusarda eruditi müəyyən etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalı çərçivəsində növbəti seçim turu keçirilib.
Qusar şəhər Gənclər Evində baş tutan seçim turunda rayonun yeniyetmə və gənclərindən ibarət 8 komandası qələbə uğrunda mübarizə aparıb.
Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən danışıb. Bu layihələr nəticəsində ölkədə gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.
Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən seçim turunda “Red Army” komandası birinci, “Zəka” biliciləri ikinci, “Everest” komandası isə üçüncü olub. Qalib komanda Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunda da seçim turur keçirildikdən sonra Siyəzən, Şabran, Xaçmaz və Qusardan olan komandaların iştirakı ilə Quba şəhərində final mərhələsi baş tutacaq
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !