Şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilmişdir. - FOTO

Şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilmişdir. FOTO

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 111 saylı orta məktəbin idman zalında şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Murovdağ İK, Saolin-Sanda İK, Dəmir Yumruq İK, Çempion İK, Neftçi İKİB, Polad İK, Tornado klub və idman cəmiyyətlərini təmsil edən 63 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə I yerlərə Mirəli Məmmədzadə, Polad Hüseynov, Miryaqub Əhədov, Anar Babayev, Ruslan Hüseynov, Əjdər Əkbərov, Nurlan Mehdiyev, Aqil Həsənov, Yusif Ağayev, Ələkbər Ələkbərov, Heydər Hüseynli, Samir Əjdərli, Cəlal Cəlallı, Rəfael Xəlilov, Nicat Heydərov, İlkin Qurbanov layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !