Azərbaycanlı skripka ifaçısı Ceyla Seyidovaya Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-Pri mükafatı təqdim olunub -

Azərbaycanlı skripka ifaçısı Ceyla Seyidovaya Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-Pri mükafatı təqdim olunub

Azərbaycanlı skripka ifaçısı Ceyla Seyidova 21-29 may 2016-cı il tarixlərində Moskva şəhərində keçirilən Sergey Prokofyev adına 2-ci Beynəlxalq Musiqi Müsabiqənin Qran-Pri mükafatçısı olub. Moskva şəhərində keçirilən Müsabiqənin Qala – konserti zamanı Ceyla Seyidovaya Qran-Pri mükafatı təqdim edilib.

Məlumat üçün bildiririk ki, Ceyla Seyidova 6 yaşından musiqi ilə məşğul olur və skripka sahəsində ixtisaslaşıb. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş Gənc ifaçıların I festivalının qalibi olub. 2005-ci ilin iyununda Tbilisi şəhərində keçirilən "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş Beynəlxalq Festivalın laureatı adına, 2007-ci ildə isə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl" kitabına yazılıb.

2010-cü ildə Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı olub.
2011-ci ilin mart ayında Belçikanın Nəmur şəhərində keçirilən "Bravo" IV Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.2014-cü il iyul ayında Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq Musiqi müsabiqəsində 1-ci yeri tutub.

Qeyd edək ki, Ceyla Seyidova Prezident İlham Əliyevin 31 yanvar 2015-cü il tarixli sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !