Qubada xalçaçılıq sənəti təbliğ edilir - FOTO

Qubada xalçaçılıq sənəti təbliğ edilir FOTO

Quba rayonunda xalçaçılıq sənətinin inkişafı və təbliği istiqamətində təlimlər keçirilir.

Təlimlər “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi tərəfindən “Milli - mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində təşkil edilir.

Quba rayonunda keçirilən təlimlərdə xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar iştirak ediblər.

Təlimlərin mövzusu qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadə olunması, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması istiqamətində və rəngkarlıq, xalçaların yuyulması, xalçaların daranması, xalçalara ilmə vurma və xalçaların qayçılanmasıdır. Təlimdə iştirakçılara xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması ilə bağlı məlumatlar, bu istiqamətdə məsləhətlər və tövsiyələr verilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !