Baş İdarədə cüdo yarışı ilə bağlı iclas keçirilib -

Baş İdarədə cüdo yarışı ilə bağlı iclas keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında 4 -5 iyun tarixlərində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru H.Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi XXXVIII Beynəlxalq Bakı turnirinin keçirilməsi ilə bağlı iclas baş tutub.

İclasda Baş İdarənin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, beynəlxalq turnirin baş hakimi Valeh Valehi və digər adiyyatı şəxslər turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !