Siyəzəni finalda Zirvə və Marşal təmsil edəcək - FOTO

Siyəzəni finalda “Zirvə” və “Marşal” təmsil edəcək FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalının növbəti seçim turu Siyəzən rayonunda baş tutub.
Siyəzən şəhər Gənclər Mərkəzində keçirilən seçim turunda rayonun 8 komandası qələbə uğrunda mübarizə aparıb.
Rəsmi açılış mərasimində çıxış edən Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən danışıb. Bu layihələr nəticəsində ölkədə gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.
Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən seçim turunda “Zirvə” komandası birinci, “Marşal” biliciləri ikinci, “Xəzər” komandası isə üçüncü olub. Əsasnaməyə uyğun olaraq ilk iki yeri tutan komandalar Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, layihə çərçivəsində Quba, və Qusar rayonlarında da gənclərin iştirakı ilə seçim turları keçiriləcək və qalib komandalar Quba şəhərində baş tutacaq finalda şimal zonasının ən güclüsünü müəyyən edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !