Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. -

Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AzDBTİA-nın stadionunda atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Neftçi İKİB, Təhsil RİM, Spartak İC, Atletika İK, Məhsul İC,Ümid İK, BTİ-nin 5 saylı İOEUGAM, Titan İK-nı təmsil edən 103 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə kişilər arasında üçtəkanla tullanmada Səid Nəcəfzadə (Ümid İK), 100 m məsafədə Yevgeniy Kasilov (Spartak İC), 400 m məsafədə Arif Abbasov (Neftçi İKİB), 800 m məsafədə Hakim İbrahimov (Neftçi İKİB), 3000 m məsafədə Andrey Aranoviç (Məhsul İC), uzunluğa tullanmada Orxan Aslanov (BTİ №5), yadro növü üzrə İsmayıl Əliyev (BTİ), 200 m məsafədə Yevgeniy Kasilov (Spartak İC), 1500 m məsafədə Andrey Aranoviç (Məhsul İC), hündürlüyə tullanmada Azər Əhmədov (Neftçi İKİB), qadınlar arasında isə 1500 m məsafədə Natəvan Etibarova (Təhsil RİM), üçtəkanla tullanmada Sarıyeva Yekaterina (Atletika İK), 400 m məsafədə Günel Vəliyeva (BTİ), 100 m məsafədə Zəkiyyə Həsənova (Neftçi İKİB), yadro növü üzrə Patimat Musayeva (BTİ), uzunluğa tullanmada Yekaterina Sarıyeva (Atletika İK), 800 m məsafədə Aynur Əsgərova (BTİ), 200 m məsafədə Zəkiyyə Həsənova (Neftçi İKİB), hündürlüyə tullanmada Aleksandra Biryukova (Neftçi İKİB) I yerlərə layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !