Gənc müəllimlər arasında bilik yarışması keçirilmişdir - FOTO

Gənc müəllimlər arasında bilik yarışması keçirilmişdir FOTO

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May – Respublika günü”nə həsr olunmuş Xəzər rayonunun tam orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında bilik yarışması keçirilmişdir. Yarışa başlamazdan öncə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və Baş İdarənin əməkdaşı Samir Kazımov tədbir iştirakçılarını qarşıdan gələn “28 May -Respublika günü! münasibətilə təbrik edərək, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışmasında I yeri – 149 nömrəli tam orta məktəb, II yeri – 136 nömrəli tam orta məktəb, III yeri isə 206 nömrəli tam orta məktəbin komandası tutmuşdur. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !