Qubada basketbolun 3*3 növü üzrə ilk turnir keçirilib - FOTO

Qubada basketbolun 3*3 növü üzrə ilk turnir keçirilib FOTO

Quba rayonnunda bu ildən olimpiya oyunlarının proqramına daxil edilən basketbolun 3*3 növü üzrə ilk turnir təşkil edilib.
Yarış Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində keçirilib.
“Kim sevirsə idmanı, poladdan olar canı” şüarı ilə Quba rayonunun Qaraçay kəndində baş tutan tədbirdə yeniyetmə və gənc oğlanlar mübarizə aparıblar.
Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman nailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasınıngünün prioritet istiqamətlərindən biri olduğunu bildirib. Layihənin də əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqus ayında start götürəcək Braziliyaının Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən iI Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. Xüsussilə də ölkəmizdə bu yeni idman növünün təbliğnin əhəmiyyətini vurğulayan natiq əlavə edib ki, ölkəmizdə ötən il keçirilən ilk Avropa Oyunlarının proqramına daxil edilən bu növdə həm qdınlar, həm də kişilərdən ibarət komandalarımızın uğurlu çıxışı bu idman növünün ölkəmizdə potensiallı olduğunu göstərib. Bu baxımdan da gənclər arasında bu oyunun təbliğinin əsas məqsədlərdən olduğu qeyd edilib.
Tədbirdə çıxış edənlər – Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildiriblər.
Yarışın baş hakimi Səlimcan Rizmanov çıxışında qeyd edib ki, regionlarda basketbolun, həndbolun inkişafı üçün də artıq kifayət qədər infrastruktur mövcuddur. Yeni tikilən məktəblərdə mövcud olan idman zalları nəyinki regionda, hətta kənd ərazilərində də gənclərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradıb. Bu baxımdan da belə layihə və turnirlərin təşkili gənc idmançıların üzə çıxarılmasında, onların potensialının artırılmasında müstəsna əhəmiyyətə malikdir.
Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.
Yarışın əsasnaməsinə uyğun olaraq 4 komanda ½ final mərəhələsində mübarizə aparıb. Zərdabi qəsəbəsinin basketbolçuları İqriq kəndindən olan həmkarlarına 15-1, Qaraçay kənd komandası isə Alekseyevka kəndindən olan komandanı əlavı vaxta 12-11 hesabı ilə məğlub edərək finala vəsiqə əldə edib
İqriq və Alekseyvka bastekbolçuları öz aralarında III yeri müəyyən ediblər. 13-4 hesabı ilə qalib gələn Alekseyevka kəndinin idmançıları turnirin 3-cü mükafatına sahib olublar.
Çox maraqlı keçən finalda isə Zərdabi qəsəbinin gənc idmançıları Qaraçaydan olan həkmarları ilə qarşılaşıb. Zərdabi gənclərinin ifasında bir-birindən maraqlı və rəngarəng hücumlar tamaşaçıların marağına səbəb olub. Yekunda daha güclü Zərdabi basktbolçuları 15-5 hesabı ilə rəqiblərindən üstün olaraq Quba rayonunda ilk dəfə keçirilən turnirin ilk qalibi kimi tarixə düşüblər.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Ağbil kəndində oğlanların iştirtakı ilə voleybol idman növü üzrə keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !