Qubada qızlar olimpiyaçılarımıza dəstək nümayiş etdirdi - FOTO

Qubada qızlar olimpiyaçılarımıza dəstək nümayiş etdirdi FOTO

Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
“Kim sevirsə idmanı, poladdan olar canı” şüarı ilə Quba rayonunun Dağlı kəndində baş tutan tədbirdə yeniyetmə qızlar voleybol turnirində mübarizə aparıblar.
Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman nailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasınıngünün prioritet istiqamətlərindən biri olduğunu bildirib. Layihənin də əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqus ayında start götürəcək Braziliyaının Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən iI Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. Xüsussilə də ölkəmizdə qəzların idmana cəlbinin əhəmiyyətini vurğulayan natiq əlavə edib ki, ölkəmizdə qadın voleybolunun tarixi kökləri var. İnna Rıskal, Allah Həsənova, Yelena Parxomenko, Nataliya Məmmədova, Valeriya Korotenko kimi məşhur voelybolçularımızı xatırladan layihə rəhbəri əlavə edib ki, regionlarda qızların voelybollla məşğul olması həm də yeni idmançı nəslinin yetişməsi deməkdir.
Tədbirdə çıxış edənlər – Quba rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisiXəyyam Şahbazov bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildiriblər.
Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.
Yarışın əsasnaməsinə uyğun olaraq 4 komanda ½ final mərəhələsində mübarizə aparıb. İlk oyunda Qaraçay kəndinin qız voleyboçuları Püstqəqasım kəndindən olan həmkarlarına 2-0, Dağlı kəndinin voleybolçu qızlaı isə Qırmızı qəsəbənin gənc idmançılarına 2-1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
III yer uğrunda görüşdə Qırmızı qəsəbənin təmsilçiləri Püstəqasım idmançılarını məğlub edərək turnirin mükafatçıları sırasına düşüblər.
Gərgin keçən finalda isə Dağlı kəndinin komandası Qaraçay voleybolçularını 2-0 məğlub edərək turnirin qalibi adını qazanıblar.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Qaraçay kəndində oğlanların iştirtakı ilə basketbol idman növü üzrə keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !