Quba gəncləri velosiped yürüşü etdilər - FOTO

Quba gəncləri velosiped yürüşü etdilər FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Quba rayonunun mərkəzində velosiped yürüşü təşkil etmişdir.
Mərkəzin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev bildirmişdir ki, yürüş Quba rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və Quba rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil edilmişdi. Yürüşdə yüzlərlə gənc iştirak etmiş, onlar rayonun mərkəzi prospekti ilə hərəkət edərək, ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısına gəlmişdirlər. Yürüş iştirakçıları ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyəti böyük etiramla yad etmişdirlər.
İ.Fərzəliyev əlavə etmişdir ki, gənclər ümummilli liderin xatirəsini hər zaman yad etməklə yanaşı, onun fəaliyyətinin bütün dönəmlərini öyrənir və təhlil edir, verdiyi tövsiyələri özlərinin gələcək işlərində tətbiq etməyə çalışırlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !