"İstedadları kəşf edək, rayonumuzu tanıdaq" -

"İstedadları kəşf edək, rayonumuzu tanıdaq"

“İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Oğuz rayonunda "İstedadları kəşf edək, rayonumuzu tanıdaq" adlı layihənin icrasına başlamışdır. Layihə 07.05.2016-cı il tarixdən etibarən həyata keçirilməyə başlayıb və 5 ay müddətində davam edəcəkdir.
Layihənin əsas məqsədi Oğuz rayonunun mərkəzində və ətraf kəndlərində yaşayan aktiv, xüsusi bacarıq və istedadı olan, asudə vaxtını səmərəli təşkil etmək istəyən gənclərin aşkarlanması, onların bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında yardımçı olmaqdır. Layihənin bir digər məqsədi də həmin gənclərin hazırladıqları əl işləri və sənətkarlıq nümunələrinin həm satış-sərgisini təşkil etmək həmdə həmin əl işləri və sənətkarlıq nümunələrini özündə əks etdirən kitabça hazırlanmasıdır ki, bu da rayona gələcək turistlərə təqdim edilməklə gənclərin bacarıq və qabiliyyətlərinin maddi gəlirə çevirərək onların maddi imkanlarının yaxşılaşmasına yardımçı olmaqdır.
Layihəyə əsasən aşağıda adlarını sadalayacağımız yaradıcılıq növləri üzrə bacarıq və istedada malik gənclər cəlb olunacaq:
Dekorativ tətbiqi sənət - tikmə, milli tikmə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii oyuncaq, ağac üzərində oyma, şüşə üzərində rəsm, aplikasiya, kağızdan bədii konstruksiya (oriqami), metal üzərində oyma, muncuqla işləmə;
Dizayn – biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlincik üçün paltar, evin interyeri, məhsul nişanı;
Floristika - (nəbatat aləmi) - müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii məhsullardan ekibana, kompozisiya hazırlanması.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !