Dərin İmanlının Dünyaları yaradarkən adlı fərdi sərgisi - FOTO ( AZpress.AZ -Nəriman İsmayılov)

Dərin İmanlının “Dünyaları yaradarkən” adlı fərdi sərgisi FOTO ( AZpress.AZ -Nəriman İsmayılov)

İmanlı Dərin Eldar qızı 15 dekabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı Britaniya (Baku British School) məktəbinin 4-cü sinif şagirdidir. Dərinin rəssamlığa həvəsini valideynləri erkən yaşlarından görməyə başlayıb. Beş yaşından başlayaraq o müəlliməsi Azərbaycan Rəssamlıq Akademiyasının qırmızı diplom magistrantı Əfəndiyeva Ayləl Eldar qızı ilə rəsmlə daha da geniş məşğul olmağa başlayıb. Dərin bir neçə sərgilərin iştirakçısı olub. Bunlardan 2013-cü ildə “Günəşli Gün”, 2014-cü ildə “Azərbaycanım”və “Yaz Rəngləri”sərgilərini misal göstərmək olar. 2015-ci ildə isə Rəssamlıq Akademiyasında baş tutan “Saf Rənglər” Beynəlxalq Uşaq və Yeniyetmələrin Rəsm Yaradıcılığı Festivalında “Mənim Fantastik Gülüm” işinə görə“Tullantılardan toplanmış əşyalar” nominasiyası üzrə 2- ci yerə layiq görülmüşdür. “Dünyaları Yaradarkən” adlı sərgi gənc müəllifin ilk fərdi sərgisidir. Bu sərgidə Dərin müxtəlif mövzuda 40-dan çox incəsənət nümunələrini nümayiş etdirib. Burada batika, sulu boya, yağlı boya, modelləşdirmə və həmçinin tullantı materiallarından hazırlanmış əsərlər təqdim olunub.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !