Şəmkirdə Radikalizm və onun fəsadları layihəsi çərçivəsində tədbir keçirilib -

Şəmkirdə “Radikalizm və onun fəsadları” layihəsi çərçivəsində tədbir keçirilib

Aprelin 29-da Şəmkir “Cümə” məscidi dini icmasının “Radikalizm və onun fəsadları” layihəsi çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Görüşdə İslam dinində cərəyan edən müxtəlif dini təriqətlərin törətdiyi fəsadlar və onlarla mübarizə aparılması qaydaları müzakirə olunub. Tədbiri icmanın sədri Natiq Şıxəliyev açaraq dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib, radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq radikal meyillərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov bildirib ki, müxtəlif məzhəblər bir-biri ilə vəhdətdə olmalıdır. Hər bir dini məzhəbin nümayəndəsi milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıdır. O bildirib ki, xüsusən gənclər radikal mövqelərdən çəkindirilməli və bu yolda maarifləndirmə işləri gücləndirilməlidir. Həmçinin, ölkəmizin tolerantlıq mühiti qorunmalıdır.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev radikalizmin hansı fəsadlara yol açdığını və bununla mübarizə aparmaq üçün milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev çıxışında Şəmkir rayonunda dini sabitliyin qorunması sahəsində aparılan işlərin çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !