Cüdo üzrə Masallı rayon birinciliyi - FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

Cüdo üzrə Masallı rayon birinciliyi FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

 Masallı Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbin idman zalında kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir. Yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuşdur. Açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək son günlərdə ölkəmizdə baş verən qanlı döyüşlərdən və ordumuzun düşmənə layiqli cavab verərək torpaqlarımızın bir neçə yüksəyliyinin geri qaytardığından danışmışlar.Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarpaqlarımız yaxın zamanlarda geri qaytarılacaq. Bu vaxt uzaqda deyil.
11 çəki dərəcəsində 75 nəfərin iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Gənclər və İdman İdarəsi və YAP Masallı rayon təşkilatının diplom, medal və qiymətli hədiyyələrini almışlar.



Əlihüseyn ŞÜKÜROV.
"AZpress.AZ"-ın
Masallı müxbiri.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !