Samirə Hüseynovanın sərgisi keçiriləcək -

Samirə Hüseynovanın sərgisi keçiriləcək

Samirə Hüseynova 2002-ci il mayın 4-də Mingəçevir şəhərində dünyaya gəlib. O, anadan osteoartroz, kantraktura, sağ aşağı ətrafda anamoliyası xəstəliyi ilə doğulub. Samirə ilk şəkilini 5 yaşında olarkən həkimi üçün çəkib, professional rəsmə isə 8 yaşında başlayıb. Bu günədək beş boyük sərgisi keçirilib. Təşkil edilmiş bu sərgi xeyriyyə xarakteri daşıyır. Əsərlərin satışından əldə olunacaq gəlirlə Samirə əməliyyat olunacaq.

Sərgi 2 aprel 2016-cı il tarixində, saat 15:00-da Bakı İncəsənət Mərkəzi – “Yeni Gallery” sərgi salonunda baş tutacaqdır.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !