Azərbaycanın Folklor Paytaxtı Qusarda və qədim Qubada Novruz coşqusu yaşanır - FOTO

“Azərbaycanın Folklor Paytaxtı” Qusarda və qədim Qubada Novruz coşqusu yaşanır FOTO

2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” seçilən Qusar şəhərində Novruz bayramı xüsusi coşqu ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Qusar şəhərinin mərkəzi meydanında təşkil olunan tədbirə Bahar qızın gəlişi ilə start verilib. Bayram tonqalı alovlandıqdan sonra Novruz personajları olan Kosa və Keçəl şənliyə qoşulub. Tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət sərgi, eləcə də rayon idmançılarının nümunəvi çıxışları ilə tanış olublar.

Bayram tədbirində “Azərbaycanın Folklor Paytaxtı–2016” rəmzi kuboku qusarlılara təqdim olunub.

 

*******

Martın 18-i Quba şəhərində də Novruz bayramı münasibətilə rayon şənliyi təşkil olunub. Milli Məclisin deputatı Vahid Əhmədovun, rayon rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə bir-birindən maraqlı Novruz adət-ənənələri nümayiş olunub. Milli azlıqların folklor nümunələri, pəhləvanların, kəndirbazların çıxışları, müxtəlif musiqi nömrələri rayon sakinlərinə əsl bayram əhvali-ruhiyyəsi bəxş edib.

Mərasimdə rayonda yetişdirilən ərzaq məhsulları, dağ yəhudilərinə, axıska türklərinə, tatlara, ləzgilərə və digər etnik qruplara məxsus milli mətbəx nümunələri, şirniyyatlar və Quba xalçaları sərgilənib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !