Elgün Gəncimsoy: - Yas mərasimlərimizdəki İran təmsilçiləri

Elgün Gəncimsoy: Yas mərasimlərimizdəki İran təmsilçiləri

Bir neçə gün əvvəl tanışlardan birinin atasının yas mərasininə getmişdim. Dəfndən cəmi yarım saat ötərdi... Mağar tamamilə dolu idi. Oturmaq üçün boş yer ancaq mollanın oturduğu “iqamətgahın” yanındakı stolda idi. Tanıdığım qədəri ilə molla kecmiş polis serjantı olub. O özü kimi ehtiyatda olan “poqon” yoldaşı ilə astadan şirin zarafatlar edirdilər. Hər ikisini yaxşı tanıdığım üçün onlarla ədəb-ərkanla salamlaşıb oturdum. Gəlməyimi görən köhnə polislər söhbətin kursunu ucuz zarafatdan ta Ərəbistan-İran məsələlirinə qədər dəyişdilər.

Molla İranın mövqeyindən elə sərt çıxışlarla ərəbləri hədələyirdi ki, dedim indi yası mollasız qoyub ərəbistana silahlı basqın təşkil edəcək. Bəlkədə burdan-bura ermənilərə tərəf bir dənə də olsun tir qırması atmayıb. Baxmayaraq ki, yas mağarından raket atmaq istəyirdi...

Mollanın erməniyə qırma atmamasını İranla-ermənistanın “qardaşlıq” münasibəti ilə əlaqələndirmək olar. Əgər həmin vaxt sizdə yas mağarında olsaydınız, axundun iranı necə canfəşanlıqla təbliğ etməyini görsəydiniz belə qənaətə gələrdiniz. Amma bizim millətin dirisi bir yana ölüsündən pul qazanan mollanın: “Azərbaycan xalqı lənətlənmiş xalqdır...” İfadəsinə dözə bilməyib dilləndim: -“Ağa”, ərəbləri pisləyib farsları tərifləyirsən. Bunların hər ikisi Azərbayanın tarixi düşmənləridir. Əsasəndə farslar... Axı onlar tarix boyu Azərbaycanı böyük dövlət kimi görmək isdəməyiblər.. Azərbaycanın çörəyin yeyib havasın udub Azərbaycana xalqına lənətlənmiş xalq deyirsən! Xalxın yasıdır, İslamın gözəlliklərindən danış... Bizə lazımdır farsların problemi?
Molla “Ağa” böyründəki yoldaşına baxıb rişxəndvari gülümsəyərək dedi: -Bala uşaqsan, kimin nə olduğun hələ qanmırsan. Başından böyük danışma! “Ya Hüseyin!” deyən hər kəs mənim qardaşımdır. Farslar mənim qardaşımdır... onlar imam yolundadırlar...
-Ay molla, axı Nardaranda da “Ya Hüseyin!” deyirdilər. Bəs onun adını nə qoyaq. Milləti bir-birinə qırdırdılar.
Cavabımı eşidən ağayi Nəsib hazırkı peşəsini bir kənara atıb, əvvəlki peşəsindən bir fənd işlədərək dilləndi: - Qardaş, bu yas sahiblərindən biri gəlib bu adamı çölə çıxarsın! Burda ölünüzün ruhu təhqir olunur.
Mollanın şivənliyi məni elə çaşdırdı ki, özümü hansısa fars liderinin hüzurunda qolu bağlı, möhürsüz namaz qılan mömin kimi hiss elədim. Molla Nəsibin Nardaran söhbətindən sonra qəzəblənməsi məni çox ciddi təəccübləndirdi. Əcəba molla sifarişlə fars təxribatını Azərbaycanda həyata keçirənlər haqqında kinayəli danışdığıma görəmi qəzəbləndi, yoxsa qətlə yetirilmiş keçmiş peşəsinin (hazırda da təqaüd aldığı orqanın) əməkdaşlarına görəmi? Əgər ikinciyə görə qəzəbləndisə mən qətlə yetrilmiş polis əməkdaşları haqqında pis heç nə demədim. Yox əgər farslar haqqında dediklərimə görə özündən çıxdısa, bax bu onun öz işidir. Amma yas sahiblərini dəqiq tanıdığıma görə əminliklə deyə bilərəm ki, mərhumun İranla yaxından uzaqdan heçbir əlaqəsi olmayıb. Farsları tənqid etməyimi yasında oturduğ mərhumun ruhu ilə nə əlaqəsi var idi, bilmədim... Məsələdən sonra məclisi tərk etəyə məcbur qaldım. Çünki, əvvəllər polis sonrası molla olan biri ilə mübahisə etmək ən azı mənlik deyildi.

Hörmətli molla əvvala Müsəlman müsəlmandır. Onun şiəsi sünnəsi olmur. Tanrı islamı yer üzündə bərqərar edəndə peyqənbər əfəndimizin ətrafına toplananların sünnəsi şiəsi olmayıb. Bunlar islamı gözdən salmaq üçün sonrada ortaya atılan məsələlərdir. “Ya Hüseyn!” deyənlər məsələsinə qaldıqda, İŞİD-də “Allahu Əkbər!” deyib baş kəsir. Neyniyək indi?.. Durub onlara qardaşmı deyək?!.. Əziz din təmsilçisi, İslamda aqresiya və mübahisə haramdır. Amma səndə bunların hər ikisini gördüm. O ki, qaldı tərəfin saxlayıb qardaş dediyin İran məsələsinə, İran təkcə Məşəd şəhərindən ibarət deyil. Orada milyonlarla haqqı tapdalanan, öz ana dillərində yazıb oxumaq ixtiyarı olmayan azərbaycanlı qardaşlarımız da var, çox az sayda yaşayıb içki içib, öz dillərində oxuyub yazmağa izinli olan ermənilər də... İndi bax də, gör kimə qardaş deyirsən?..

Əziz həmvətənlilər yas mərasimi elədir ki, gec ya tez hərkəsin qapısına qismət olur. Allah gecindən nəsib eləsin... Yas məclislərinizə çalışın molla çağırın farsları qapınızda təbliğ edən “İrançılar” yox!

Onu da qeyd edim ki, sözünü etdiyim əhvalatdan 4-5 saat sonra qəza keçirdim. Bu yazı dərc edildikdən sonra başıma nə gələcəyini bilmirəm... Qorxuram mənidə kimlərinsə fətfası ilə “İlahi İntiqam” gözləyə, əgər bütün aləmlərin rəbbi uca yaradan kimlərinsə sözü ilə oturub durursa...

P.S: Sözügedən əhvalat Ağdamın Bənövşələr qəsəbəsində baş verib. Polis orqanlarından təqaütə buraxıldıqdan sonra və ya hazırdada polis işləyə-işləyə bir çox hoqqalardan çıxıb şərəfli peşənin adına xərəl gətirənlər barədə materiallar toplayıram. Odur ki, biraz ehtiyatlı olun cənablar... Unutmayın ki, bir polisin vəzifə borcu ərazidəki ictimayi əsayişi, vətəndaşın canını, mal-mülkünü habelə namusunu qorumaqdır.

Elgün GƏNCİMSOY 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !