Bərdənin mədəniyyət xadimləri faciənin ildönümünü belə andılar - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdənin mədəniyyət xadimləri faciənin ildönümünü belə andılar FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və Bərdə Turizm İnformasiya mərkəzinin təşkilatçılğı ilə 26 fevral - Xocalı faciəsinin anım mərasimi keçirilib. Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbində baş tutan  tədbirdə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Təsviri incəsənət” dərnəyi üzvlərinin 26 fevral - Xocalı faciəsinin 24-cü il dönümünə həsr etdikləri “Xalqımızın qan yaddaşı” adlı rəsm əsərləri sərgilənib. Sərgi ilə tanış olan mərasim iştirakçıları sonra faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “Xocalı faciəsi haqqında” məruzə ilə tədbirə başlayan Bərdə Turizm İnformasiya mərkəzinin əməkdaşı Əhliyyət Əliyev tarixi həqiqətləri və erməni fitnəkarlıqlarını iştirakçıların diqqətinə çatdırıb. Bundan başqa mərasimdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri tərəfindən hazırlanmış “Qanlı fevral gecəsi” adlı kompozisiya nümayiş etdirilib.

Tədbirdə digər çıxış edənlər, həmin gecə erməni silahlılarının xalqımıza qarşı törətdiyi misilsiz cinayətin dəhşətlərindən geniş söhbət açıblar. Qeyd olunub ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva soyqırımın dünya miqyasında tanıdılmasında göstərdiyi xidmətlər əvəzolunmazdır. 

Qeyd edək ki, 26 fevral – Xocalı soyqırımını 24-cü ildönümü ilə əlaqədar olaraq Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəznində olan bütün təşkilatlarda anım mərasimləri təşkil edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !