Bərdə rayonunda Xocalı soyqırımının iyirmidördüncü ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayonunda Xocalı soyqırımının iyirmidördüncü ildönümü ilə əlaqədar tədbir keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayonunda Xocalı soyqırımının iyirmidördüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.
 Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin foyesində “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olmuş, Xocalı faciəsi ilə bağlı video-çarxı izləyiblər.
Anım mərasimində Xocalı faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bildirib ki, o müdhiş gecədə Xocalıdan Bərdəyə pənah gətirən məcburi köçkün soydaşlarımız bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni tikilmiş qəsəbələrdə mənzillərlə təmin olunublar.
Hazırda Bərdə rayonunda 126 Xocalı ailəsində birləşmiş 546 nəfər məcburi köçkün yaşayır.

Tədbirdə Bərdə şəhər Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov, Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ramiz Qəhrəmanov, Xocalı rayonundan məcburi köçkünlər, şəhid Milli Qəhrəman Şakir Salahovun qardaşı Akif Salahov, şəhid Milli Qəhrəman Araz Səlimovun qardaşı Xumar Səimova çıxış edib. Xocalı rayonundan məcburi köçkünlərin bir qrupuna maddi yardım təqdim edilmişdir.
Tədbir iştirakçıları Xocalı faciəsi ilə əlaqədar Bərdə şəhər 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya tamaşa ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !