Bərdə rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımı - XX əsrin faciəsi adlı tədbir keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayon Mərkəzi Kitabxanasında “Xocalı soyqırımı - XX əsrin faciəsi” adlı tədbir keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayon Mərkəzi Kitabxanasında 26 fevral- Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş “Xocalı soyqırımı - XX əsrin faciəsi” adı altında dəyirmi masa keçirilib. Tədbirdə rayon ziyalıları, Bərdə rayon Turizim İnformasiya mərkəzinin əməkdaşları və fəal oxucular iştirak edib.
Toplantı iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edərək çıxışlara başlayıblar.

Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli faciə biri kimi daxil olub. Faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib və orada yaşayan azərbaycanlılara qarşı amansız qətliam törədilib.

Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Fəxriyyə Quliyeva “Xocalı faciəsi” adlı məruzə ilə çıxış edərək bildirib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi. Digər tərəfdən isə düşənin məqsədi ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silməklə Azərbaycanın qədim yaşayış məskənlərindən daha birini yox etmək olub.

Mərasimdə digər çıxış edənlər faciənin dəhşətlərindən söhbət açaraq, Azərbaycan xalqının başına gətirilən qətliamı törədənləri lənətləyiblər.

Sonra Bərdə rayon 4 saylı orta məktəbin şagirdləri Xocalıya həsr etdikləri ədəbi- bədii kompozisiya ilə çıxış ediblər.

Tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş rəsm sərgisi ilə tanış oldular.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !