Beyləqanda Xocalı faciəsinin ildönümünə həsr edilmiş Tariximizi unutmayaq adlı tədbir keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Beyləqanda Xocalı faciəsinin ildönümünə həsr edilmiş “Tariximizi unutmayaq” adlı tədbir keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

25 fevral 2016-cı il tarixində Beyləqan Gənclər Mərkəzində Xocalı faciəsinin 24-cü ildönünmünə həsr olunmuş Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi, Mil İntellektual Klubunun və Beyləqan şəhər 1 saylı tam orta məktəbin təşkilatçılığı, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İB və Uşaq Yaradıcılıq Mərkəzinin iştirakı ilə " Tariximizi unutmayaq " mövzusunda tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə Mürsəl Behbudlu açdı. Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Mədəniyyət və Turizm Şöbəsinin nümayəndəsi Müseyib İsmayılov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Zərifə Məmmədova, Xocavənd rayon Salakətin kənd tam orta məktəbin direktoru Rəmziyyə Aslanova, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” ictimai birliyinin icraçı direktoru Arzu Rəhimov, “Beyləqan” qəzetinin baş redaktoru Elman İsrafilov və digər qonaqlar Xocalı faciəsinin dəhşətlərindən söz açdılar.Bu faciənin daha geniş ictimaiyyətə təqdim olunması üçün belə tədbirlərin əhəmiyyətini xüsusi vurğuladılar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !