Bərdədə 26 fevral – Xocalı soyqırımı nın 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə İdarəetmə və Texnologiya kollecində Bərdə rayon Gənclər və İdman İdarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı,rayonun fəal gənclərinin və tələbələrin iştirakı ilə ”26 fevral – Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Xocalı şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə kollecin metodisti,kənd təssərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qeyd etdi ki,Xocalı faciəsinin 24-cü ildönümü rayonumuzda da geniş qeyd olunacaqdır.Rayon icra hakimiyyətinin başçısı tərəfindən bununla əlaqədar xüsusi sərəncam imzalanmış,geniş tədbirlər planı təsdiq edilmişdir. Buna uyğun olaraq rayonun təhsil və mədəniyyət müəssisələrində soyqırımı ilə əlaqədar yığıncaqlar,disputlar, konfranslar keçiriləcək.
Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynov çıxış edərək respublikada şəhidlərin xatirəsinə,şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açdı .O,Xocalı faciəsinin dəhşətlərindən danışaraq bu faciənin həm Azərbaycanın igid oğul və qızlarının qəhrəmanlıq,torpağa bağlılıq səlnaməsi olduğunu vurğuladı.
İctimai Televiziyanın Qarabağ bölgəsi üzrə müxbiri,müharibə veteranı,ehtiyatda olan kapitan Şöhrət Eyvazov Qarabağ müharibəsindən,Xocalı faciəsindən danışaraq faciələr fonunda azərbaycanlıların qəhrəmanlıqlarından danışdı,gənclərə töhfələr verərək vətənpərvərlik tərbiyəsindən,təbliğat və təşviqatın əhəmiyyətindən danışdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !