Tərtərdə əhalinin tibbi müayinəsi davam etdirilir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Tərtərdə əhalinin tibbi müayinəsi davam etdirilir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ölkə rəhbərinin fevral ayının 15-dən may ayının 2-dək əhalinin tibbi müayinədən keçirilməsi barədə Səhiyyə Nazirliyinə verdiyi tapşırığa əsasən ölkə ərazisində tibbi müayinələrə başlanılıb.

Bütün bölgələrdə olduğu kimi Tərtər rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir. Belə ki, rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlayıb. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. AZpress.AZ xəbər verir ki, bu günədək ümumilikdə 5614 nəfər tibbi müayinədən keçib, onlardan 426 nəfər ambulator, 7 nəfər stasionar müalicəyə cəlb olunmuş və 1 nəfər isə müalicə üçün Bakı şəhərinə yollanıb. 14 təşkilatda tibbi müayinə başa çatıb.  

Qeyd edək ki, may ayının 2-dək davam edəcək tibbi müayinələrdən rayonun 51 yaşayış məntəqəsindən 57343 nəfərin keçməsi nəzərdə tutulur.

 

Elgün Gəncimsoy, Tərtər
AZpress.AZ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !