Amerikalı aktyorlar Bərdədə - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Amerikalı aktyorlar Bərdədə FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Amerikalı teatr xadimləri Bərdə rayonunda tamaşa sərgiləyib. Belə ki, Bərdə rayon Mədəniyyət Mərkəzində ABŞ-ın “Bond Street” teatrı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Sülh naminə icma dramı” proqramı çərçivəsində hazırlanmış “Ay dövriyyələri” adlı tamaşa ilə bərdəlilərin qarşısına çıxıblar. İzləyicilərin böyük marağına səbəb olan tamaşa demək olar ki, Bərdə sakinlərinin yaddaşında əsl teatr bayramı kimi yadda qalıb.

ABŞ-nın Azərbaycandakı səfirliyinin “Mədəniyyət Səfirləri” Proqramı və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən tamaşa ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir.

Məlumat üçün bildirək ki, ABŞ-ın “Bond Street Teatrı” 1976-cı ildə Joanna Sherman və Patrick Sciarratta, eləcə də innovativ teatr həvəskarları olan və bəşəriyyətə fayda vermək niyyəti daşıyan bacarıqlı, sosial cəhətdən məsuliyyətli bir qrup aktyorlar tərəfindən yaradılıb.

Bond Street Teatrı vaxtının əksər hissəsini beynəlxalq tədbirlərə sərf edir, dünyanın müxtəlif ölkələrindən olan yerli teatr aktyorları ilə əməkdaşlıq edir və icma əsaslı incəsənət layihələr təşəbbüsləri irəli sürür. Teatr əsaslı layihələr yaratmaq və incəsənət-humanitar proqramların dayanıqlığının təmin edilməsi məqsədilə müvafiq təlimlər təşkil edir. Layihələr dünyanın müxtəlif bölgələrini təmsil edən aktyorlar ilə yaradıcı assosiasiyalar vasitəsilə sülhü və mədəniyyətlərarası anlayışı təşviq etmək məqsədini daşıyır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !