“Gənc rəssam – gənc istedad” adlı gənclər arasında rəsm sərgisi keçiriləcək
Bu xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc rəssam – gənc istedad” adlı gənclər arasında rəsm sərgisi layihəsinə start verilmişdir.
Gənclər Fondunun elan etdiyi yeddinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçiriləcək layihənin əsas məqsədi gənclərin ictimai aktivliyini artırmaq, istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək olmaq və onlar arasında müsbət əhval ruhiyyəni yaradaraq onların əl işlərini sərgilməkdən ibarətdir.
Layihə rəhbəri Aygün Əliyevanın qeyd etdiyinə görə, bu layihə yaradıcı gənclərin hazırladıqları rəsm əsərlərinin sərgisi formatında təşkil olunmaqla yanaşı təqdim etdiyim bu layihə vasitəsilə gənclər öz ölkələrində onları valeh edən təbiəti, mədəniyyəti, insanı, arxitekturası, bir sözlə onları vətənə bağlayan rəsmləri çəkərək sərgi əsasında cəmiyyətə kiçicik mesaj verəcəklər.
Sizi böyük məmnuniyyətlə, 21 fevral 2016 – cı il tarixində saat 15:00 - da Bakı şəhəri, İçəri şəhər, A. Zeynallı küç., 6/8 ünvanında yerləşən "NATAVAN Gallery" Rəsm Qalereyasında baş tutacaq “Gənc rəssam – gənc istedad” adlı gənclər arasında rəsm sərgisinin açılış mərasiminə dəvət edirik.