Füzulidə əhalinin pulsuz tibbi müayinəsi keçirilir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzulidə əhalinin pulsuz tibbi müayinəsi keçirilir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ölkə başçısının 2016-cı il fevralın 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Füzuli rayon İcra Hakimiyyətində operativ tədbirlər görülüb, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə gorüş keçirilib. Görüşdə İcra Hakimiyyətinin başçısı Alı Alıyev səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verib.
Hazırda rayon ərazisindəki 39 yaşayış məntəqəsində məskunlaşıb yaşayan məcburi köçkün ailələrinin 5 məntəqədə İkinci Zobucuq qəsəbəsində, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirilməsinə başlanıb. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Xəstəlik aşkar edilən vətəndaşlar stasionar və ambulator şəraitdə müalicə olunurlar.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanib. Müayinədən keçənlər ölkə başçısının tapşırığı ilə başlanan bu kampaniyanın genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının əyani təzahürü kimi qiymətləndiriblər.
Sağlamlıq aksiyası mayın 2-dək davam edəcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !