Bərdəli gənclər şəhidlərini anıb - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdəli gənclər şəhidlərini anıb FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayon Gənclər və İdman idarəsinin, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin, Təhsil şöbəsinin və Azərbaycan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi məqsədi ilə şəhid Zeynalov Hafiz Tahir oğlunun adını daşıyan Gərənə kənd tam orta məktəbində şəhidin doğum günü münasibəti ilə anım tədbiri keçirilib. Tədbirdən öncə məktəbin ”Şahin” komandasının üzvləri, bir qrup müəllimlər və şəhidin ailə üzvləri “Şəhidlər xiyabanı”nda mərhumun məzarını ziyarət ediblər. Sonra şəhidin evinə gedərək onun ailə üzvləri ilə söhbət ediblər.

Daha sonra mərasim şəhidin adını daşıyan orta məktəbdə davam etdirilib. Anım tədbirində çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yollarından söhbət açaraq, onun döyüş meydanında göstərdiyi misilsiz qəhramanlıqları yeniyetmələrin diqqətinə çatırıblar.

 

 

Elgün Gəncimsoy, Bərdə
AZpress.AZ

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !