Daha bir balaca rəssamın yaradıcılığına həsr olunmuş sərgi açıldı FOTO
Bu xəbəri paylaş
Fevralın 12-də “Abşeron” Rəsm Qalereyasının divarları arasında daha bir balaca rəssamın yaradıcılığına həsr olunmuş sərgi açıdı. Mədinə Hüseynzadə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin yetirməsidir. Rəsmlə yanaşı rəqslə və bədii gimnastika ilə də məşğul olur. Sərgidə Mədinəni 45 rəsm əsəri və akrillə işlənmiş tablosu nümayiş etdirildi. Qrafika nümunələri xüsusilə cəlbedici idi. Mədinənin yaradıcılığındakı rəng duyumunu əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev xüsusi vurğuladı. Onun fikrincə parlaq çalarların duyumu Azərbaycanın balaca rəssamlarına Təbriz miniatür məktəbi ənənələrindən süzülüb gəlmişdir. Açılış mərasimində onunla yanaşı “Abşeron” qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov, Təhsil Nazirliyinin nümayəndəsi Ayla xanım, Nizami UGYM-in direktoru Lalə xanım, habelə ABŞ-da yaşayan soydaşımız, Azərbaycan-Amerika Assosiasiyasını vitse prezidenti Zəminə Mirhadiyeva da çıxış etdilər.