Məzahir Süleymanzadə: Şairin nə vecinə, Öz şeirini yazacaq...
Bu xəbəri paylaş
Bu dünya belə gəlib,
Bax, belə də gedəcək...
Biri günah işlədib,
Sonra tövbə edəcək...
Birinin sökdüyünü,
O birisi tikəcək...
Birinin şum yerini,
Bir başqası əkəcək...
Biri yaltaqlıq edib,
Yüksəyə ucalacaq...
Biri Vətəndən gedib,
Cavankən qocalacaq...
Bir molla cır səsilə,
Zəhləmizi tökəcək...
Biri sovet dövrünün,
Həsrətini çəkəcək...
Bir məmur öz yerinə,
Nəvəsini qoyacaq...
O da babası kimi,
Camaatı soyacaq...
Oğlan yolun azacaq,
Qız əhdini pozacaq...
Şairin nə vecinə,
Öz şeirini yazacaq...
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !