Şəmkirli gənclər şəhərin 2016-cı il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsinin sevincini yaşayıblar - FOTO

Şəmkirli gənclər şəhərin 2016-cı il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsinin sevincini yaşayıblar FOTO

Şəmkirli gənclər şəhərin 2016-cı il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsini böyük sevinclə qarşılayıblar. Onlar əllərində Azərbaycan bayraqları şəhərin mərkəzi küçələri boyunca yürüş ediblər.

AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları sonra Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısına toplaşıblar. Burada rayon rəhbərliyinin də iştirakı ilə tədbir keçirilib.

Çıxış edən rayon gənclər və idman idarəsinin rəisi, YAP rayon Gənclər Birliyinin sədri Emin İsmayılov təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkənin bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da uğurla aparılmasından danışıb və Şəmkir gəncliyinin qələbəsi olan simvolik açarı rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədova təqdim edib.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirin 2016-cı il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibətilə gəncləri təbrik edib, onları ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi, dövlət və dövlətçiliyimizin qorunması istiqamətində daha fəal olmağa çağırıb.

Tədbir konsert proqramı ilə davam edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !