Ağdamda iməcilik - yeni ağaclar əkilir, yol kənarları kollardan təmizlənir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)
Bu xəbəri paylaş
Ağdam rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təmizlənməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etdirilir.
Ağdam rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik rayon icra hakimiyyətinin, təsərrüfat və digər xidmət kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 300 nəfərin iştirakı ilə keçirilib.
İməclik zamanı yol kənarındakı yaşıllıq zolaqları kollardan təmizlənib, ağaclar suvarılıb və yaşıllığın artırılması məqsədi ilə yeni ağaclar əkilib.
Rayon ərazisində Heydər Əliyev prospekti boyunca olan ərazidə, bundan başaq Bayraq Meydanı ətrafında, Quzanlı Xındırıstan avtomobil yolu kənarında və digər yerlərdə görülən işlər bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Ağdam rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı olub.
İlin sonuna kimi Ağdam rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.