Tərtərdə Gənclər günü - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Tərtərdə Gənclər günü FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

2 fevral-Gənclər Gününə həsr olunmuş ümumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edib, abidəsi önünə gül-çoçək dəstələri qoyublar.
Sonra toplantı rayon Gənclər Mərkəzində davam etdirilib.
Tədbir gənclərin birlikdə oxuduğu Dövlət himni ilə başlanıb.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Səadət Hüseynova açaraq gəncləri bayram münasibəti ilə təbrik edib.
Ötən il ərzində rayonun gəncləri Gənclər və İdman Nazirliyinin dəvəti ilə gənclər sahəsi üzrə 6, idman sahəsi üzrə 7 tədbirdə iştirak ediblər.
Yeni il ərəfəsində Bakı şəhərində Budo döyüş növləri üzrə keçirilən dünya kubokunda Tərtər rayon komandasının idmançılarından 3 nəfər I yer, 2 nəfər isə II yer tutublar.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri bayram münasibəti ilə təbrik edərək onlara öz arzularını bildirdi, tövsiyələrini verdi.
Sonra rayonun ictimai-siyasi həyatında,idmanda, təhsildə qazandıqları uğurlara görə 31 nəfər gənc rayon icra hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman, diplom və qiymətli hədiyyələrlə təltif olundular.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !