Bərdənin daha 3 kəndi mavi yanacaqla təmin edildi - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdənin daha 3 kəndi mavi yanacaqla təmin edildi FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

 Bərdə rayonunun Köbərkənd, Xəsili və Qazaxlar kəndlərinə təbii qaz verilişinin açılışı olub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin rəsmiləri və rayonun ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirləri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ölkə rəhbərinin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışib. Bildirib ki, 2015-ci il ərzində rayonda 437,3 km müxtəlif diametrli qaz xətləri çəkilərək 31 kənd qazlaşdırılmış, 5518 abonentə təbii qaz verilmişdir. İndiyədək rayonun 97 kəndi kənd qazlaşdırılib. Hazırda rayonun 10 kəndində qazlaşma işi davam etdirilir. Bildirib ki, Köbərkənd, Xəsili və Qazaxlar kəndlərinin qazlaşdırılması üçün 90 km-dən çox müxtəlif diametrli polad qaz xətləri çəkilib, 112 ədəd siyirtmə quraşdırılıb, 727 ailəyə təbii qaz verilib. Hər bir abonentə sayğac quraşdırılıb, bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılib.
Tədbirlərdə kənd sakinləri çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik ediblər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırıblar.
Tədbirlərdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kəndlərin sakinləri ilə söhbət edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !