Bərdə rayon gənclərinin bayram tədbiri keçirilmişdir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayon gənclərinin bayram tədbiri keçirilmişdir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

2 fevral 2016-cı il tarixdə Heydər Əliyev adına mərkəzdə Respublika Gənclər günü münasibətilə Bərdə rayon gənclərinin bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov, YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Fərid Fərzəliyev, Bərdə rayon Gənclər və İdman İdarəsinin kollektivi,rayonun hüquq-mühafizə orqanlarından,idarə,müəssisə və təşkilatlarından,KİV-lərdən nümayəndələr və fəal gənclər iştirak etmişdir
Tədbirdən öncə rayonun fəal gənclərinin bir qrupu ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq gəncləri bayram münasibəti ilə təbrik etdi.
Bərdə rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov çıxış edərək rayon İcra Hakimiyyəti başçısı cənab Vidadi İsayevin təbriklərini və ən xoş arzularını gənclərə çatdırdı.

Çıxışlardan sonra “2 Fevral- Gənclər Günü” münasibətilə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkiatçılığı ilə keçirilən şahmat üzrə yeniyetmələr arasında şəhər birinciliyinin və rayon məktəblərinin yeniyetmələrdən ibarət komandaları arasında “Breyn-rinq” İntellektual Oyununun rayon çempionatının qalibləri və “Dövlət Gənclər siyasətinin “ həyata keçiriləsində fəallığına görə fərqlənənlər Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları,Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.Fəxri Fərmanla təltif olunmuş Aşihara Kaykan-karate Federasiyasının Qarabağ bölgəsi səlahiyyətli nümayəndəsi,məşqçi,I dan qara kəmər sahibi Baxşeyiş Məmmədov çıxış edərək onların əməyinə verilən qiymətə görə öz minnətdarlığını bildirdi.
Bayram tədbirinə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov yekun vurdu.
Qeyd edək ki, bölgə müxbirimiz də bölgədə gənclər siyasətinin yürüdülməsi istiqamətində görülən içləri ictimaiyyətə çatdırdığına görə fəxri fərmanla təltif edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !