Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi 2 fevral – Gənclər gününü qeyd edib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi 2 fevral – Gənclər gününü qeyd edib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdədə gənc mədəniyyət işçiləri 2 fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirib. Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı və YAP Bərdə rayon təşkilatının təstəyi ilə keçirilən tədbirə gənc mədəniyyət işçiləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə öz ehtiramlarını bildirməklə start verilib. Sonra gənclər Bərdə Tarix-Diyarşünaslıq muzeyinə toplanaraq günü-gündən çiçəklənən qədim Bərdənin tarixini özündə əks etdirən eksponatlarla tanış olublar. Bundan sonra tədbir şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində davam etdirilib. Tədbirdə ətraf rayonların Gənc Mədəniyyət işçiləri də daxil olmaqla 200-ə yaxın gənc iştirak edib. Mərasimdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev çıxış edərək tədbir iştirakçılarını Gənclər günü münasibəti ilə təbrik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gündə ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışdılar. Bildirilib ki, hərbir Azərbaycan gənci azərbaycançılıq ideologiyasının təbliğində, Azərbaycanda sağlam gəncliyin qurulmasında habelə ölkədə gedən iqtisadi siyasi proseslərdə ölkə başçısını tam dəstəkləməli onun ətrafında yumruq tək birləşməlidir.

Bayram tədbirində digər çıxış edənlər Gənc Mədəniyyət işçiləri koordinasiya kreativ qrupunun Bərdə rayon kuratoru Səbuhi Qasımov qrupun fəaliyyəti haqqında, Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov Mədəniyyət siyasəti və mədəniyyət sahəsində görülmüş işlər, Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov Gənclər Gününün yaranması, Azərbaycanda gənclərin müxtəlif sahələrdə gördüyü işlərdən və YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev birgə görülmüş işlərdən danışıb. Tədbirdə iştirak edən Yevlax şəhər və Tərtər rayonundan gəlmiş qonaqlara xatirə hədiyyələri təqdim olunub və tədbir 1 nömrəli Uşaq İncəsənət məktəbinin gənc musiqiçi kollektivi tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !