Ağdamda 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdamda 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Yanvarın 30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə “Bayramınız mübarək əziz gənclər” ! adlı təntənəli tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd gənclərlə bağlı görülən işlər haqqında rayon ictimaiyyətini və gəncləri məlumatlandırmaq, fəal yeniyetmə və gəncləri stimullaşdırmaq üçün onları təltif etmək, mənəvi inkişaflarına şərait yaratmaq, habelə asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Tədbir çərçivəsində rayonun bir qrup fəal gəncinin iştirakı ilə Ulu Öndərin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunubdur.

Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Elnur Əhmədov hesabat məruzəsi ilə çıxış edib. Sonra məruzə ətrafında rayon gənclərinin çıxışları olub. Ağdam rayon İcra Hakimiyyətinin Başçısının müavini cənab Ağa Zeynalov gəncləri rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədov adından təbrik edib. Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan gənclərə partiya vəsiqələri verilmiş, rayonun ictimai-mədəni həyatında fəallığı ilə yadda qalan bir qrup yeniyetmə və gənc fəxri fərman ilə təltif olunub.

Sonda rayon gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !