2 fevral Gənclər günü nə həsr olunmuş Kyokuşinkaykan Karate üzrə rayon birinciliyi keçirilmişdir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

“2 fevral Gənclər günü”nə həsr olunmuş Kyokuşinkaykan Karate üzrə rayon birinciliyi keçirilmişdir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

29 yanvar 2016-cı il tarixdə Ə.İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbinin idman zalında Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “2 fevral Gənclər günü”nə həsr olunmuş Kyokuşinkaykan Karate üzrə rayon birinciliyi keçirilmişdir.Keçirilən yarışda 5 çəki dərəcəsində 32 nəfər qələbə uğrunda mübarizə aparmışlar. Yarışı giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək “2 fevral Gənclər günü” münasibətilə gənc idmançıları təbrik etdi və onlara gələcək yarışlarda yeni uğurlar arzuladı.Sonra o, çıxışında gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə,hər bir dövlət üçün ən başlıca məsələ olduğunu,Gənclər Siyasətinin banisi ulu öndər H.Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı fərman və sərəncamlardan, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən,rayonumuzda 45 minə yaxın gəncin yaşamasından, onlara dövlətin daimi diqqət və qayğısından ,2015-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı. Yarışın baş hakimi,I dan qara kəmər ustası Pərviz Rəsulov birinciliyi açıq elan edərək iştirakçılara uğurlar dilədi. Gənc karateçilər hazırladıqları nümunəvi çıxışlarları təqdim etdilər. Rayon birinciliyi əsasnaməyə uyğun olaraq keçirilmişdir. Qaliblər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !