Füzuli RİHB Alı Alıyevin göstərişi ilə Böyük Bəhmənli kəndinin problemləri həll olunur - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzuli RİHB Alı Alıyevin göstərişi ilə Böyük Bəhmənli kəndinin problemləri həll olunur FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində səyyar qəbul keçirib. Görüşdə rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini bildirib. Qeyd edib ki, Böyük Bəhmənli kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir. Kənddə iki məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Görüşdə kənd sakinlərinin problemləri dinlənilmiş, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqlar yerindəcə həll olunub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !