Alı Alıyev rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə yerində tanış olub - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Alı Alıyev rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə yerində tanış olub FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki poliklinikada və Böyük Bəhmənli kəndi ərazisindəki tibb mərkəzində olub. Burada insanlara göstərilən tibbi xidmətin səviyyəsi ilə maraqlanaraq əhali ilə söhbət edib.
Söhbət zamanı rayon rəhbəri Prezident İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırlatmış, tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməsi, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı tapşırıq və tövsiyələrini xatırladıb.
Alı Alıyev bildirib ki, rayonun bütün yaşayış məntəqələrində tibb ocaqları, həkim məntəqələri fəaliyyət göstərir, rayonda özəl tibb müəssisəsi olmadığı üçün burada əhaliyə göstərilən xidmətlər də pulsuzdur.
Görüşdə MRX-nın baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat verib.
Rayon sakinləri və xəstəxanada müayinə olunan məcburi köçkünlər onlara göstərilən tibbi xidmətin səviyyəsindən razılıqlarını bildiriblər. Göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

 



Elgün Gəncimsoy - Füzuli
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !