Ağdamda "Multikulturalizm ili"nə həsr edilmiş müşavirə keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdamda "Multikulturalizm ili"nə həsr edilmiş müşavirə keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdamın Quzanlı qəsəbəsində 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinə həsr edilmiş ümumrayon müşavirəsi keçirilib. Rayon ictimaiyyəti nümayəndələrinin, din xadimlərinin, gənclərin və rayon sakinlərinin iştirak etdiyi tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyətin başçısı Raqub Məmmədov ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsindən danışıb. Məlumat verilib ki, 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirlər, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Çıxışlarda məhz multikultiralizm ənənələrinə sadiqliyin bariz nümunəsi kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir çox xalqların nümayəndələrinin qəhrəmanlıqla döyüşdüyü də vurğulanıb.

Çıxışlarda ölkəmizdə tarixən formalaşan və bu gün də davam etdirilən mültikuturalizm ənənələri yüksək qiymətləndirilib.



Elgün Gəncimsoy - Ağdam
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !