Füzulidə süni qiymət artımına nəzarət dahada gücləndirilir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzulidə süni qiymət artımına nəzarət dahada gücləndirilir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə bazar günü məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbərində, Alıxanlı və Kürdmahmudlu kəndlərində olub, vətəndaşlarla görüşərək onlara söhbət edib.

Alı Alıyev aidiyyəti qrumların nümayəndələri ilə birgə sözügedən ərazilərdə topdan və pərakəndə satış mərkəzlərində də olub, alıcı və satıcılarla söhbət etmiş, ərzaq məhsullarının, çörəyin və unun qiyməti ilə maraqlanıbdır. Alıcılar ölkə başçısının tapşırığından sonra unun və çörəyin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin endilidiyini bildiriblər.

Alı Alıyev rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin bundan sonra da görüləcəyini bildirib.

 

Elgün GƏNCİMSOY
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !