Qusar rayon Mərkəzi Kitabxanasında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTO

Qusar rayon Mərkəzi Kitabxanasında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir FOTO

19 yanvar 2016-cı il tarixində Qusar rayon Mərkəzi Kitabxanasında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə MKS-nin direktor müavini Lyudmila Məmmədova çıxış edərək 20 yanvar faciəsinin Azərbaycan tarixinin şanlı bir səhifəsi olduğunu bildirdi.20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sukutla yad edildi. Uşaq şöbəsinin müdiri Südabə Novruzova çıxış edərək, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı ücün təkcə böyük faciə olmadığını o, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə olduğunu qeyd etdi.
Sonra məktəblilər ədəbi-bədii kompazisiyaya ilə çıxış etdi.Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən kitab, şəkillər və diğər çap materiallarını sərgisi nümayiş edildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !