Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTO

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi FOTO

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” Mərkəzi ilə birlikdə tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda çıxış etmişdir.

Tədbir Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” Mərkəzinin musiqiçilərinin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam etmişdir.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı musiqi təhsil müəssisələrinin muəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !