Ağdamlılar 20 Yanvar faciəsini böyük ehtiramla anıblar FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)
Bu xəbəri paylaş
Ağdam da 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Rayonun şəhidlər abidə kompleksi önündə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və minlərlə ağdamlı iştirak edib. Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
Anım mərasimində çıxış edənlər, Azərbaycanın qanla yazılan şanlı tarixi haqqında geniş söhbətlər açaraq, həmin gecə Azərbycanın müstəqilliyi uğrunda canından keçən soydaşlarımızın ruhuna böyük ehtiram göstəriblər.
Sonra məktəblilərin və Ağdam Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirilib. Bundan sonra şəhidlər abidə kompleksinin önünə toplanan izdiham abidə önünə qərəfillər düzərək abidə onundə sayqı duruşuna dayanıblar.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.