Bərdə mədəniyyət işçiləri 20 Yanvar faciəsini anıb FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)
Bu xəbəri paylaş
20 Yanvar faciəsinin 26-cı ildönümü münasibəti ilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi bir sıra silsilə tədbirlər keçirib.Rayon ərazisində olan mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə müstəqilliyimiz üçün canlarından keçən faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Bununla yanaşı Bərdə rayon Mədəniyyət Sarayında ”Tarixin səhifəsi millət qanı ilə yazılır” adlı rəsm əsəri binanın ön görünüşündə kompozisiya kimi yerləşdirilib, Bərdə rayon Rəsm Qalereyası ”Azadlıq toxumu səpdi şəhidlər” adlı foto şəkillərdən ibarət sərgi təşkil edib.
Bundan başqa Bərdə rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Təsviri-incəsənət” dərnəyi üzvlərinin 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Vətən şəhidləri ilə ucalır” adlı rəsm əsərlərindən ibarət sərgisi tamaşaçılara “20 Yanvar-Unutmadıq, Unutmayacağıq” devizi altında təqdim edilib.