C.Naxçıvanski adına Hərbi Liseydə 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib -

C.Naxçıvanski adına Hərbi Liseydə 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı nümayəndələrinin iştirakı ilə Ümumxalq hüzn günü ilə əlaqədar tədbir baş tutub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni ifa olunub.
Tədbiri giriş sözü ilə lisey rəisinin müavini polkovnik Rəhim Səmədov açaraq faciənin dəhşətlərindən danışıb. Hadisələrə həsr olunmuş film nümayiş etdirilib. Sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri e.o. general-mayor Dadaş Rzayev çıxış edərək qanlı yanvar gününün xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qalibiyyət tarixi olduğunu bildirib.
Sonda təhsildə fərqlənən kursantlar fəxri fərmanlarla təltif edilib və xatirə fotosu çəkilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !